Qabilin arvadı kim idi? Qabilin arvadı onun öz bacısı idimi?




Sual: Qabilin arvadı kim idi? Qabilin arvadı onun öz bacısı idimi?

Cavab:
Müqəddəs Kitab Qabilin arvadının kim olduğunu dəqiq demir. Yeganə güman edilən cavab budur ki, o Qabilin bacısı, bacısı qızı, və ya bacısının nəvəsi idi. Müqəddəs Kitab Qabilin Habili öldürəndə neçə yaşı olduğunu demir (Yaradılış 4:8). Onlar ikisi də fermer olduğundan, güman ki, hər ikisi yetkin yaşa çatmışdı və artıq öz ailələri var idi. Adəm və Həvvanın Habil öldürüləndə təbii ki, Habil və Qabildən başqa uşaqları da var idi - şübhəsiz sonradan daha çox uşaqları oldu (Yaradılış 5:4). Qabilin Habili öldürdükdən sonra öz həyatı üçün qorxması faktı (Yaradılış 4:14) bunu göstərir ki, Adəm və Həvvanın başqa övladları və güman ki, nəvələri və nəticələri də var idi. Qabilin arvadı (Yaradılış 4:17) Adəm və Həvvanın qızı və yaxud nəvəsi idi.

Adəm və Həvva ilk (və yeganə) insanlar olduğu üçün, onların bir-biri ilə evlənməkdən başqa əlacı yox idi. Yer üzündə kifayət qədər insan olduqdan və bir-biri ilə evlənmək artıq vacib olmadığından, Allah sonradan bir-biri ilə ailə qurmağı qadağan etdi (Levililər 18:6-18). Adətən yaxın qohumlar arasındakı cinsi əlaqənin nəticəsində doğulan uşaqlar qeyri-normal olur. Çünki iki oxşar genə (bacı və qardaş) malik olan insanların uşaqlarında genetik qüsurlar olur ki, bu da valideynlərin hər ikisində olan qüsurlardan irəli gəlir. İki müxtəlif ailələrdən olan insanların uşaqları olanda - bu çox xoşagəlməz haldır ki, hər iki valideynlərdə eyni genetik qüsurlar olacaq. İnsanın genetik kodunun “çiklənməsi” o qədər artıb ki, əsrlər boyunca genetik qüsurlar çoxalıb, güclənib və nəsildən nəslə ötürülüb. Adəm və Həvvanın heç bir genetik qüsuru yox idi, buna görə də onların ilk bir neçə nəsilləri bizim indi malik olduğumuzdan fərqli olaraq, daha sağlam keyfiyyətlərə malik idi. Adəm və Həvvanın uşaqlarının çox az genetik qüsurları ola bilərdi. Bu isə bir-biri ilə evlənəndə onlarda çox böyük problem yaratmırdı. Qabilin arvadının onun öz bacısı olması fikri çox qəribə, hətta iyrənc görünə bilər. Yaradılışda, Allah dünyanı bir kişi və bir qadınla başladığı üçün ikinci nəslin bir-biri ilə evlənməkdən başqa əlacı yox idi.



Ana səhifəyə qayıt



Qabilin arvadı kim idi? Qabilin arvadı onun öz bacısı idimi?