İsa öz ölümü və dirilməsi arasındakı üç gün ərzində harada idi?




Sual: İsa öz ölümü və dirilməsi arasındakı üç gün ərzində harada idi?

Cavab:
1Peter 3:18-19 təsdiq edir, “Çünki saleh olan Məsih də qeyri-salehlər uğrunda günahlar üçün bir dəfə əzab çəkdi ki, bizi Allaha yaxınlaşdırsın. O cismən öldürülmüş, amma ruhən Ona həyat verilmişdir. O ruhən gedib, zindandakı ruhlara da təbliğ etdi.”

18-ci ayədəki, “ruhən” ifadəsi, “cismən” ifadəsi ilə eynidir. Ona görə də “ruh” sözünü “cisim” sözü ilə əlaqələndirmək olar. Ruh və cisim Məsihin ruhu və cismidir. “Ruhən həyat verilmişdir” sözləri Məsihin günahları öz üzərinə götürməsi və ölümü nəticəsində Atadan ruhən ayrılması faktına işarə edir (Matta 27:46). Matta 27:46 və Romalılara 1:3-4-də olan bədən və ruh arasındakı təzad, Məsihin bədəni və Müqəddəs Ruh arasında olan təzad deyil. Məsih günahların əvəzini ödəmə işini tamamladıqda, Onun Ruhu qırılmış ünsiyyəti yeniləşdirdi.

1Peter 3:18-22 Məsihin əzabları (ayə 18) və Onun izzətlənməsi (ayə 22) arasında olan vacib əlaqəni təsvir edir. Yalnız Peter bu iki hadisə haqqında xüsusi məlumat verir. 19-cu ayədəki “təbliğ etdi” sözü Əhdi-Cədiddə Müjdəni təbliğ etmək üçün təsvir olunan adi söz deyildi. Bunun ədəbi mənası Müjdəni agah etməkdir. İsa çarmıxda əzab çəkdi və öldü, Onun üzərində insanların günahları olduğu üçün bədəni də, ruhu da öldü. Lakin Ona ruhən həyat verildi, buna görə də O Atasına təslim oldu. Peterə görə, O ölümü və dirilməsi arasındakı vaxtda “zindandakı ruhlara” xüsusi təbliğ etdi.

Peterin insanlara “ruh” kimi yox, “can” kimi müraciətindən başlayaq (3:20). Əhdi-Cədiddə “ruhlar” insanları yox, mələk və cinləri təsvir etmək üçün işlədilirdi və 22-ci ayə bu mənanı daşıyır. Həmçinin Kəlamın heç bir yerində Məsihin cəhənnəmə getdiyi haqda danışılmır. Həvarilərin işləri 2:31-də deyilir ki, O, “Ölülər aləmi”nə getdi, lakin ölülər aləmi cəhənnəm deyil. “Ölülər aləmi” sözü ölülərin mövcud olduğu və diriləcəyi vaxtı müvəqqəti olaraq gözlədiyi yerdir. Vəhy 20:11-15 “Yeni Amerika Standart Bibliyası” və ya “Yeni Beynəlxalq Bibliya” bu iki şey arasındakı fərqi aydın verir. Cəhənnəm itmişlərin daimi və son mühakimə yeridir. “Ölülər aləmi” isə müvəqqəti yerdir.

Bizim Rəbbimiz Öz Ruhunu Atasına təslim etdi, öldü və eyni zamanda ölümü və dirilməsi arasındakı vaxtda ölülərə baş çəkdi və Nuhun dövründəki daşqınlarda olan itaətsiz ruhlara mesaj çatdırdı (çox güman ki, məskənlərini tərk edən mələklərə, bax Yəhuda 6). 20-ci ayə bunu aydınlaşdırır. Peter Onun zindandakı ruhlara nə çatdırdığı barədə demir, lakin bu xilas mesaji ola bilməzdi, çünki həmin mələklər xilas ola bilməyəcəkdilər (İbranilərə 2:16). Çox güman ki, bu şeytan və onun ordusu üzərindəki qələbəsinin bəyənatı idi (1Peter 3:22; Koloslulara 2:15). Həmçinin Efeslilərə 4:8-10 Məsihin “cənnətə” getdiyini (Luka 16:20; 23:43) və Ona iman edənləri də cənnətə apardığını göstərir. Bu fəsil nələrin baş verdiyini detallarla göstərməsə də, bir çox Müqəddəs Kitab alimləri razılaşırlar ki, bu “bir ordu əsiri də Özü ilə apardı” mənasını verir.

Beləliklə də, bütün bunlara baxmayaraq, Müqəddəs Kitab Məsihin ölümü və dirilməsi arasındakı üç gündə nə etdiyi dəqiq və tam aydın deyil. Elə çıxır ki, O itaətsiz mələklərə və imansızlara qələbə haqqında təbliğ etmişdi. Biz bunu əminliklə bilirik ki, İsa insanlara xilas olmaq üçün ikinci şansı vermir. Müqəddəs Kitab deyir ki, biz ölümdən sonra mühakimə olunacağıq (İbranilərə 9:27), ikinci şansımız olmayacaq. Onun bu üç gün ərzində nə etdiyi haqda dəqiq məlumat yoxdur. Ehtimal ki, bu bizim şərəfləndiriləcəyimiz zaman anlayacağımız sirrdir.



Ana səhifəyə qayıt



İsa öz ölümü və dirilməsi arasındakı üç gün ərzində harada idi?