Sual
Bir dəfə xilas olmaq, həmişəlik xilas olmaqdır?
Cavab
Əgər insan bir dəfə xilas olubsa, demək o həmişəlik xilas olubdur? İnsanlar Məsihi öz Xilaskarları kimi tanıyanda, onlar Allahın zəmanət verdiyi əbədi mühafizə münasibətlərinə daxil olurlar. Kəlamın çox saylı fəsilləri bu faktı bəyan edir. (a) Romalılara 8:30 bəyan edir, “Və Allah kimləri qabaqcadan müəyyən etmişdisə, onları da dəvət etdi; dəvət etdiyi kimsələri saleh saydı; saleh saydığı kimsələri də izzətləndirdi.” Bu ayə bizə deyir ki, Allah bizi seçdiyi andan, göylərdə Öz hüzurunda izzətləndirir. İmanlının bir gün belə izzətlənməsinin qarşısını alan bir şey yoxdur, çünki Allah artıq onları göylərdə Öz hüzurunda izzətləndirir. İnsan bir dəfə saleh sayılanda onun xilasına zəmanət verilir - o artıq göylərdə izzətlənərək mühafizə olunur.
(b) Pavel Romalılara 8:33-34-də iki vacib sual verir, “Allahın seçdiklərini kim ittiham edəcəkdir? Onları saleh sayan Allahdır. Məhkum edən kimdir? Ölmüş, daha doğrusu dirilmiş olan Məsih İsa, həm Allahın sağında oturdu, həm də bizim üçün vəsatət edir.” Allahın seçdiklərini kim ittiham edəcəkdir? Heç kim, çünki Məsih bizim vəkilimizdir. Bizi kim məhkum edəcəkdir? Heç kim, çünki Məsih uğrumuzda ölən və bizi məhkim edəndir. Bizim həm vəkilimiz, həm də Xilaskarımız var.
(c) İmanlılar iman edəndə yenidən doğulurlar (Yəhya 3:3; Titus 3:5). Məsihçi üçün xilası itirmək dirçəlməməkdir. Müqəddəs Kitabda yenidən doğulmanın götürüldüyünü sübut edən heç bir dəlil yoxdur. (d) Müqəddəs Ruh bütün imanlıların daxilində yaşayır (Yəhya 14:17; Romalılara 8:9) və bütün imanlılar Məsihin bədəninə vəftiz olunur (1Korinflilərə 12:13). İmanlı üçün xilas olmamaq Məsihlə yaşamamaq və Onun bədənindən ayrılmaqdır.
(e) Yəhya 3:15-16 bizə deyir ki, İsa Məsihə iman edən hər kəsin “əbədi həyatı” var. Əgər insana əbədi həyat vəd olunursa və sonradan əlindən alınırsa, onda heç vaxt burda “əbədi” sözü işlədilməməlidir. Əgər xilasını itirirsənsə, deməli Müqəddəs Kitabdakı əbədi həyat vədi səhvdir. (f) Kəlam özü ən həlledici sübutu verir, “Çünki mən əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə rəyasətlər, nə qüdrətlər, nə indiki, nə gələcək şeylər, nə hündürlük, nə dərinlik, nə də başqa məxluq bizi Rəbbimiz Məsih İsada olan Allahın məhəbbətindən məhrum etməyə qadir olmayacaqdır” (Romalılara 8:38-39). Yadda saxla ki, səni xilas edən Allah Özü də səni qoruyacaq. Biz bir dəfə xilas olanda əbədilik xilas oluruq. Bizim xilasımız şübhəsiz ki, həmişəlik etibarlıdlr.
English
Bir dəfə xilas olmaq, həmişəlik xilas olmaqdır?