settings icon
share icon
Sual

Dörd ruhani qanun nədir?

Cavab


Dörd Ruhani Qanun İsa Məsihə iman vasitəsilə mümkün olan xilasın Xoş Xəbərini bölüşmək yoludur.

Dörd Ruhani Qanunun birincisi, “Allah səni sevir və sənin üçün gözəl planı var.” Yəhya 3:16 bizə deyir, “Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun.” Yəhya 10:10 İsanın yer üzünə gəlməsinin səbəbini bizə göstərir, “Mən isə gəldim ki, qoyunlarımda həyat, bol həyat olsun.” Bizi Allahın məhəbbətindən ayıran nədir? Bol həyatımızın olmasının qarşısını alan nədir?

Dörd Ruhani Qanunun ikincisi, “Günah insan təbiətini korlayıb və buna görə də insan Allahdan ayrı düşüb. Nəticədə, biz Allahın həyatlarımız üçün olan planını bilmirik.” Romalılara 3:23 bu məlumatı təsdiqləyir, “Hamı günah işlətmiş və Allahın izzətindən məhrum qalmışdır.” Romalılara 6:23 bizə günahın nəticələrini göstərir, “günahın əvəzi ölümdür.” Allahın bizi Özü ilə ünsiyyət üçün yaratmasına baxmayaraq, insan təbiəti dünyaya günah gətirdi və bizi Allahdan ayırdı. Allahın bizimlə ünsiyyətdə olmaq niyyətini məhv etdi. Bəs bunun həlli nədədir?

Dörd Ruhani Qanunun üçüncüsü, “Allahın bizim günahlarımız üçün yeganə təminatçısı İsa Məsihdır. İsa Məsih vasitəsilə bizim günahlarımız bağışlana və Allahla düzgün ünsiyyətimiz bərpa oluna bilər.” Romalılara 5:8 bizə deyir, “Lakin Allah bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü.” 1Korinflilərə 15:3-4 bizi xilas olmaq üçün bilməli və inanmalı olduğumuz şeylər barədə məlumatlandırır, “...Məsih, Müqəddəs Yazılara uyğun olaraq, bizim günahlarımız üçün öldü və basdırıldı, üçüncü gündə isə Müqəddəs Yazılara uyğun olaraq dirildi...” Yəhya 14:6-da İsa xilasa aparan yeganə yol olduğunu Özü bəyan edir, “Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz.” Mən bu gözəl xilas ənamını necə ala bilərəm?

Dörd Ruhani Qanunun dördüncüsü, “Xilas ənamını almaq və Allahın bizim həyatlarımız üçün olan gözəl planını bilmək üçün, İsa Məsihə Xilaskar kimi iman etməliyik. Yəhya 1:12 bunu bizim üçün təsvir edir, “Onu qəbul edənlərin hamısına, Onun adına iman edənlərə isə Allahın oğulları olmaq haqqını verdi.” Həvarilərin İşləri 16:31 bunu çox aydın deyir, “Rəbb İsaya iman et, xilas olarsan!” Biz Allahın lütfü ilə, imanla, İsa Məsihə imanla xilas ola bilərik (Efeslilərə 2:8-9).

Əgər sən İsa Məsihi öz şəxsi Xilaskarın kimi qəbul edirsənsə, aşağıdakı sözləri Allaha de. Yadda saxla ki, bu və ya digər duanı demək səni xilas etməyəcək. Yalnız Məsihə olan imanın səni günahlardan xilas edə bilər. Bu dua sadəcə imanını Məsihə ifadə etmə və sənin üçün xilası təmin etdiyinə görə minnətdarlıqdır. “Allahım, mən bilirəm ki, Sənə qarşı günah işlətmişəm və bunun əvəzi cəzadır. Lakin İsa Məsih mənim layiq olduğum cəzanı götürüb, ona görə də mən Ona imanla bağışlana bilərəm. Mən günahımdan üz döndərirəm və öz xilasım üçün Sənə güvənirəm. İsanı öz şəxsi Xilaskarım kimi qəbul edirəm! Sənin ecazkar lütfünə və əfvinə - əbədi həyat ənamına görə çox minnətdaram! Amin!”

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə, xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.

English



Ana səhifəyə qayıt

Dörd ruhani qanun nədir?
© Copyright Got Questions Ministries