Sual
Müqəddəs Kitab tatuirovka və pirsinq haqda nə deyir?
Cavab
Əhdi-Ətiq qanunu israillilərə əmr etdi, “Ölülərə görə bədəninizə yara vurmayın, bədəninizə heç bir şəkil döydürməyin. Allahınız Rəbb Mənəm” (Levililərə 19:28). Beləliklə, baxmayaraq ki, indi insanlar Əhdi-Ətiq qanunu altında deyillər (Romalılara 10:4; Qalatiyalılara 3:23-25; Efeslilərə 2:15), tatuirovkaya qarşı əmrin olması faktı bizdə bu sualı yaradır. Əhdi-Cədid imanlının tatuirovka etdirib-etdirməməsi haqda heç nə demir.
Tatuirovka və pirsinqə münasibətdə, bizim bu xüsusi hərəkəti səmimi və yaxşı vicdanla etdirməyimizi yoxlamaq üçün Allahdan xeyir-dua istəməli və bundan Öz yaxşı məqsədi üçün istifadə etməsini diləməliyik. “Beləliklə, yeyirsinizsə, içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin” (1Korinflilərə 10:31). Müqəddəs Kitab tatuirovka və pirsinqə qarşı əmr vermir, lakin həmçinin bu bizə onları etmək üçün səbəb vermir.
Digər mövzu mötədillikdir. Müqəddəs Kitab bizə sadə geyinməyi öyrədir (1Timoteyə 2:9). Sadə geyinməyin bir aspekti odur ki, hər yer tələblərə tam uyğun olaraq kifayət qədər örtülsün. Baxmayaraq ki, ciddi geyinməyin əsas mənası diqqəti özünə cəlb etməməkdir. Sadə geyinən insanlar elə geyinməlidirlər ki, nəzərləri özlərinə cəlb etməsinlər. Tatuirovka və pirsinq isə şübhəsiz ki, diqqəti cəlb edir. Bu vəziyyətdə tatuirovka və pirsinq sadəlik deyil.
Kəlamın bu mövzuya uyğun olan ən vacib prinsipi odur ki, əgər sən etdiyin şeyin Allahı qane edib-etmədiyindən şübhə edirsənsə, onda həmin hərəkəti etməməyin daha yaxşıdır. “İmandan olmayan hər şey günahdır” (Romalılara 14:23). Biz unutmamalıyıq ki, bədənimiz də ruhumuz kimi xilas edilib və Allaha məxsusdur. Baxmayaraq ki, 1Korinflilərə 6:19-20 birbaşa tatuirovka və pirsinqə aid edilmir, lakin o bir prinsip verir. “Məgər bilmirsiniz ki, bədəniniz, Allahdan aldığınız və sizdə yaşayan Müqəddəs Ruhun məbədidir və siz özünüzə məxsus deyilsiniz? Çünki siz çox baha qiymətə alınmısınız. Buna görə, /Allahınkı olan/ bədəninizlə /və ruhunuzla/ Allahı izzətləndirin.” Əgər bizim bədənimiz Allaha məxsusdursa onu tatuirovka və pirsinqlə “işarələməmişdən” əvvəl, Onun “icazəsi” olduğundan əmin olmalıyıq.
English
Müqəddəs Kitab tatuirovka və pirsinq haqda nə deyir?