Sual
Məsihçinin intihara baxışı necədir? Müqəddəs Kitab intihar haqda nə deyir?
Cavab
Müqəddəs Kitaba əsasən, bir kəs intihar etməklə cənnətə daxil olmağını müəyyən etmir. Əgər xilas olunmamış bir kəs intihar edərsə, o heç nə etmir, lakin “odlu gölə” səyahətini tezləşdirir. Baxmayaraq ki, intihar edən şəxs intihar etdiyi üçün deyil, Məsihin xilasını rədd etdiyi üçün cəhənnəmə gedir. Müqəddəs Kitab intihar etmiş 5 xüsusi şəxsin adını çəkir: Avimelek (Hakimlər 9:54), Şaul (1Şamuel 31:4), Şaulun silahdarı (1Şamuel 31:4-6), Axitofel (2 Şamuel 17:23), Zimri (1Padşahlar 16:18) və Yəhuda (Matta 27:5). Onların hər biri zəif, qəddar və günahkar idi (Şaulun silahdarının xasiyyəti haqqında kifayət qədər yazılmayıb). Bəziləri Şimşonun intiharının xüsusi bir hadisə olduğunu hesab edir (Hakimlər 16:26-31), lakin Şimşonun məqsədi filiştliləri öldürmək idi, özünü yox. Müqəddəs Kitab intihar və qatilliyə bərabər bir günah - özünə qarşı qatillik kimi baxır. Yalnız Allah kimin necə və nə vaxt öləcəyinə qərar verə bilər. Müqəddəs Kitaba görə bu gücü öz əlinə almaq, Allaha qarşı küfrdür.
Müqəddəs Kitab intihar edən məsihçilər haqda nə deyir? Mən inanmıram ki, məsihçi intihar edəndə xilasını itirib, cəhənnəmə gedir. Müqəddəs Kitab deyir ki, Məsihə həqiqi iman edən andan etibarən insan əbədiyyən mühafizə olunur (Yəhya 3:16). Müqəddəs Kitaba əsasən, məsihçilər bilməlidirlər ki, hər nə baş verirsə-versin onlar əbədi həyata malikdirlər. “Bunları Allahın Oğlu adına iman edən sizlərə yazdım ki, siz əbədi həyata malik olduğunuzu biləsiniz” (1Yəhya 5:13). Məsihçini Allahın məhəbbətindən heç nə ayıra bilməz! “Çünki mən əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə rəyasətlər, nə qüdrətlər, nə indiki, nə gələcək şeylər, nə hündürlük, nə dərinlik, nə də başqa məxluq bizi Rəbbimiz Məsih İsada olan Allahın məhəbbətindən məhrum etməyə qadir olmayacaqdır” (Romalılara 8:38-39). Əgər heç bir “yaradılış” bizi Allahın məhəbbətindən ayıra bilməzsə, hətta məsihçi özü “yaradılış” olsa belə, deməli, intihar etmək də bizi Allahın məhəbbətindən ayıra bilməz. İsa Məsih bizim bütün günahlarımız üçün ölüb... əgər məsihçi ruhani hücum və zəiflik vaxtında intihar edibsə, bu da Məsihin uğrunda öldüyü günahdır.
Bu o demək deyil ki, intihar Allaha qarşı ciddi günah deyil. Müqəddəs Kitaba əsasən intihar qatillikdir, bu isə həmişə səhv addımdır. Əgər bir məsihçi həqiqətən imanlıdırsa, amma buna baxmayaraq, intihar edibsə, mən həmin məsihçinin imanının həqiqiliyinə şübhə edirəm. Kimisə saleh saymaq üçün elə bir şərait yoxdur ki, insanın öz həyatını alsın, üstəlik məsihçi üçün. Məsihçilər öz həyatlarını Allah üçün yaşamağa çağırılıblar - onların nə vaxt ölməsi qərarı isə yalnız və yalnız Allaha məxsusdur. Güman ki, məsihçinin intiharını təsvir etmək üçün ən yaxşı nümunə Ester kitabıdır. Farsda belə bir qayda var idi ki, kimsə çağırılmamış padşahın yanına gəlsəydi, ona ölüm hökmü verilirdi. Yalnız padşah əsasını uzatdığı adam sağ qalırdı. İntihar da Padşahın səni çağırmamış yanına getmək kimi bir şeydir. O sənin xilasını saxlamaqla əsasını sənə uzadacaq, lakin bu o demək deyil, o sənin belə etdiyinə görə çox şaddır. Baxmayaraq ki, orda intihar haqqında təsvir olunmayıb, lakin 1Korinflilərə 3:15-ci ayə məsihçinin intiharından sonra onunla nə baş verdiyini təsvir edir: “Özü xilas olacaq, ancaq od içindən keçə-keçə.”
English
Məsihçinin intihara baxışı necədir? Müqəddəs Kitab intihar haqda nə deyir?