settings icon
share icon
Sual

Xilas planı nə deməkdir?

Cavab


Acsanmı? Sənin fiziki yox, həyatla bağlı nəyəsə aclığın varmı? Daxilində nəyinsə çatışmadığını hiss edirsənmi? Əgər belədirsə, İsa yoldur! İsa deyib, “Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz” (Yəhya 6:35).

Çaşqın vəziyyətdəsənmi? Həyatda yol və məqsəd tapa bilmisənmi? Sənə elə gəlmirmi ki, kimsə işıqları söndürüb və sən onu yandıra bilmirsən? Əgər belədirsə, İsa yoldur! İsa xitab etdi, “Mən dünyanın Nuruyam; Mənim ardımca gələn qaranlıqda yeriməyəcək və onda həyat nuru olacaq (Yəhya 8:12).

Sənə elə gəlirmi ki, bağlı yerdə qalmısan? Arxasında boşluq və mənasızlıq olan bir çox qapıları açmağa çalışmısanmı? Dolğun bir həyata daxil olmaq istəyirsənmi? Əgər belədirsə, İsa yoldur! İsa bəyan etdi, “Mən qapıyam. Əgər bir kimsə Məndən girərsə, xilas olar; girər, çıxar və otlaq tapar” (Yəhya 10:9).

İnsanlar həmişə səni məyus edirmi? Ünsiyyətlərin səthi və boşdurmu? Sənə elə gəlirmi ki, hamı səndən istifadə etmək istəyir? Əgər belədirsə, İsa yoldur! İsa deyib, “Mən yaxşı çobanam; yaxşı çoban qoyunlar uğrunda canını verər... Yaxşı çoban Mənəm; Mənimkiləri tanıyıram” (Yəhya 10:11, 14).

Sən bu həyatdan sonra nələrin baş verdiyini bilmək istəyirsənmi? Çürüyən və paslanan şeylərdən ötrü yaşamaqdan bezmisənmi? Bəzən həyatın mənasının olub-olmaması haqqında şübhələrin olurmu? Öləndən sonra yenə də yaşamaq istərdinmi? Əgər belədirsə, İsa yoldur! İsa bəyan etdi, “Dirilmə və həyat Mənəm; Mənə iman edən ölsə də yaşayar; Və kim yaşayıb Mənə iman edərsə, əsla ölməz (Yəhya 11:25-26).

Yol nədir? Həqiqət nədir? Həyat nədir? İsa cavab verdi, “Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz” (Yəhya 14:6).

Sənin hiss etdiyin aclıq ruhani aclıqdır və onu yalnız İsa doydura bilər. İsa qaranlığı götürə biləcək yeganə Varlıqdır. İsa gözəl həyata qapıdır. İsa sənin axtardığın dost və çobandır. İsa həyatdır - bu dünyada da, o biri dünyada da. İsa xilasın yoludur!

Aclığının, özünü qaranlıqda itmiş hiss etməyinin və hayatda heç bir məna tapa bilməməyinin səbəbi Allahdan ayrı düşməyindir. Müqəddəs Kitab bizə deyir ki, biz hamımız günah işlətmişik və ona görə də Allahdan ayrı düşmüşük (Vaiz 7:20; Romalılara 3:23). Ürəyində hiss etdiyin boşluq Allahı itirməyindəndir. Biz Allahla ünsiyyətdə olmaq üçün yaradılmışıq. Günahlarımızın nəticəsində bu ünsiyyətdən ayrı düşmüşük. Ən dəhşətlisi isə odur ki, günah bizim əbədi olaraq - həm bu dünyada, həm də o biri dünyada Allahdan ayrı düşməyimizlə nəticələnəcək (Romalılara 6:23; Yəhya 3:36).

Bu problem necə həll oluna bilər? İsa yoldur! İsa bizim günahlarımızı öz üzərinə götürüb (2Korinflilərə 5:21). İsa bizim layiq olduğumuz cəzanı götürüb, əvəzimizə öldü (Romalılara 5:8). Üç gün sonra günah və ölüm üzərində öz qələbəsini sübut edərək, ölülərdən dirildi (Romalılara 6:4-5). Nə üçün O bunu etdi? İsa Özü bu suala cavab verdi, “Heç kimdə, bir nəfərin dostları uğrunda canını verməsindən daha böyük məhəbbət yoxdur” (Yəhya 15:13). İsa öldü ki, biz yaşaya bilək. Əgər İsanın bizim günahlarımızın əvəzini ödəmək üçün öldüyünə iman etsək - bütün günahlarımız bağışlanar və yuyular. O zaman bizim ruhani aclığımız doydurular. İşıqlar yanar. Bizim dolğun həyatımız olar. Biz həqiqi yaxşı dostumuzu və yaxşı çobanımızı tanıyarıq. Dünyamızı dəyişdikdə göylərdə İsa Məsihlə birgə əbədi həyatımızın olduğunu biləcəyik!

“Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun” (Yəhya 3:16).

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə, xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.

English



Ana səhifəyə qayıt

Xilas planı nə deməkdir?
© Copyright Got Questions Ministries