Sual
Allahla necə düz ola bilərəm?
Cavab
Allahla “düz” olmaq üçün, birinci biz “səhv”in nə olduğunu başa düşməliyik. Cavab günahdır. “Bir nəfər də olsun yaxşı iş görən yoxdur” (Zəbur 14:3). Biz Allahın əmrlərinə qarşı üsyan qaldırmışıq; biz “yolumuzu azmış qoyunlar” kimiyik (Yeşaya 53:6).
Pis xəbər budur ki, günahın əvəzi ölümdür. “Günah işlədən adam öləcək” (Yezekel 18:4). Yaxşı xəbər isə budur ki, sevən Allah bizi izlədi ki, xilasa gətirsin. İsa bəyan etdi ki, Onun məqsədi “qeyb olmuşları axtarıb xilas etməkdir” (Luka 19:10). İsa bildirdi ki, Onun məqsədi çarmıxda ölərkən dediyi “Tamam oldu” (Yəhya 19:30) sözləri ilə başa çatdı.
Allahla düzgün ünsiyyətə malik olmaq öz günahını etiraf etməkdən başlayır. Sonrakı addım təvazökarlıqla günahlarından tövbə (Yeşaya 57:15) və ondan qətiyyətlə imtina etməkdir. “İnsan imanını ağzı ilə iqrar edərək xilas olunur” (Romalılara 10:10).
Etiraf imanla müşayiət olunur. Xüsusilə də, Onun fədakar ölümü və möcüzəli şəkildə dirilməsi, İsaya sənin Xilaskarın olmağa səlahiyyət verir. “Əgər sən ağzınla “İsa Rəbbdir,” - deyə iqrar etsən və Allahın Onu ölülərdən diriltdiyinə ürəyinlə inansan xilas olacaqsan” (Romalılara 10:9). Yəhya 20:27; Həvarilərin İşləri 16:31; Qalatiyalılara 2:16; 3:11, 26; və Efeslilərə 2:8 kimi bir çox digər ayələr də imanın vacibliyindən danışır.
Allahla düz olmağın Onun sənin üçün nələr etdiyinə olan cavabındır. O, Xilaskar göndərdi, O sənin günahlarını götürməsi üçün qurban təmin etdi (Yəhya 1:29) və O sənə bu vədi təklif edir: “Hər kim Rəbbin adını zikr etsə, xilas olacaqdır” (Həvarilərin İşləri 2:21).
Tövbə və bağışlamanın gözəl nümunəsi itmiş oğul məsəlidir (Luka 15:11-32). Gənc oğul atasının hədiyyəsini xərcləyib puç etdi (ayə 13). Öz səhvini dərk edəndən sonra atasının yanına geri qayıtmaq qərarına gəldi (ayə 18). O artıq oğul adlanmağa layiq olmadığını qəbul etdi (ayə 19), lakin o səhv düşünürdü. Atası onun qayıtmasına çox sevinirdi (ayə 20). Hər şey bağışlandı və ziyafət quruldu (ayə 24).
Allah öz vədinə əməl edəcək qədər yaxşıdır, bağışlamaq vədi də daxil olmaqla. “Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır” (Zəbur 34:18).
Əgər sən Allahla düz olmaq istəyirsənsə, burada bir dua nümunəsi var. Bu və ya digər duanı demək səni xilas etməyəcək. Yalnız Məsihə olan imanın səni günahlardan xilas edə bilər. Bu dua sadəcə imanını Məsihə ifadə etmə və sənin üçün xilası təmin etdiyinə görə minnətdarlıqdır. “Allahım, mən bilirəm ki, Sənə qarşı günah işlətmişəm və bunun əvəzi cəzadır. Lakin İsa Məsih mənim layiq olduğum cəzanı götürüb, ona görə də mən Ona imanla bağışlana bilərəm. Mən günahımdan üz döndərirəm və öz xilasım üçün Sənə güvənirəm. Sənin ecazkar lütfünə və əfvinə görə minnətdaram! Amin!”
Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə, xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.
English
Allahla necə düz ola bilərəm?