Dillərdə danışmaq ənamı nədir? Dillərdə danışmaq ənamı bu gün üçündürmü?




Sual: Dillərdə danışmaq ənamı nədir? Dillərdə danışmaq ənamı bu gün üçündürmü?

Cavab:
Dillərdə danışmaq hadisəsi ilk dəfə Pentikost günü Həvarilərin İşləri 2:1-4-də baş vermişdi. Həvarilər Müjdəni izdihama çatdırarkən onların öz dillərində danışmışdılar, “öz dillərimizdə Allahın möhtəşəm işləri barədə danışdıqlarını eşidirik!” (Həvarilərin İşləri 2:11) “Nitq” sözü yunan dilindən tərcümədə “dillər” deməkdir. Buna görə də dillərdə danışmaq ənamı özü bu dili bilməsə də, başqasına onun dilində danışaraq xidmət etməsi üçündür. 1Korinflilərə 12-14-cü fəsillərdə, Pavel bu möcüzəli ənamları müzakirə edir və o şərh edir, “İndi, qardaşlar, mən sizin yanınıza gəlib, naməlum dillərdə danışmağa başlasam, vəhy, bilik, peyğəmbərlik yaxud təlim vasitəsilə sizinlə danışmasam, sizə nə xeyrim dəyər?” (1Korinflilərə 14:6) Həvari Pavelə və Həvarilərin İşlərində təsvir olunmuş dillər ənamına əsasən, dillərdə danışmaq Allahın mesajını insana onun öz dilində çatdırmaq üçündür, lakin əgər onun izahı və tərcüməsi olmazsa bu ənam bəhrəsiz olur.

Dilləri tərcümə etmək ənamı olan insan (1Korinflilərə 12:30) dillərdə danışan insanın nə dediyini başa düşməlidir, baxmayaraq ki, həmin şəxs özü dillərdə nə danışdığını başa düşmür. Onda tərcümə edən dillərdə danışanın mesajını hər kəsə çatdıra bilər və hamı onun dediklərini başa düşər. “Buna görə də, naməlum dildə danışan adam tərcümə ənamı üçün dua etsin” (1Korinflilərə 14:13). Pavelin tərcümə olunmamış dillər haqqındakı xülasəsi güclüdür, “Cəmiyyətdə isə naməlum dildə on min söz deməkdənsə, başqalarını da öyrətmək üçün ağlımla beş söz söyləməyi tərcih edirəm” (1Korinflilərə 14:19).

Dillər ənamı bu gün üçündürmü? 1Korinflilərə 13:8-də qeyd olunur ki, dillər ənamı aradan qaldırılacaq. 1Korinflilərə 13:10-da göstərildiyi kimi “kamil” olan gəldiyi zaman nisbi olan aradan qaldırılacaq. “Kamil” olan gəldiyi zaman peyğəmbərlik, dillər və bilik ənamları aradan qaldırılacaqdır. Bu mətndə dəqiq izah edilməmişdir. Yeşaya 28:11 və Yoel 2:28-29-a görə dillərdə danışmaq Allahın gələcək mühakiməsinə işarədir. 1Korinflilərə 14:22-yə görə dillər ənamı “imansızlar üçün əlamətdir.” Bu sübuta əsasən, dillər ənamı Allahın İsrail xalqını İsa Məsihə Məsih kimi iman etmədiklərinə görə onları cəzalandıracağına dair sübutdur. Buna görə də Allah İsrail xalqını cəzalandıranda (m.s. 70-ci ildə Yerusəlim romalılar tərəfindən dağıdıldı), artıq bu ənam əvvəlki məqsədlə xidmət etmədi. Bu fikir olduğu halda, dillər ənamının məqsədi tamamlandıqdan sonra ona fasilə verilməsi tələb olunmurdu. Kəlam son olaraq dillər ənamına ehtiyacın olmadığını təsdiq etmir.

Eyni zamanda, əgər dillər ənamı bu gün cəmiyyətdə aktivdirsə, bu Kəlamın razılığı ilədir. Bu real və aydın dil olmalıdır (1Korinflilərə 14:10). Bu başqa insana Allah Kəlamını çatdırmaq məqsədini daşıyır (Həvarilərin İşləri 2:6-12). Bu Allahın həvari Pavel vasitəsilə verdiyi əmrlə razılıqda olmalıdır, “Əgər kimsə naməlum dildə danışırsa, iki, yaxud ən çox üç adam növbə ilə söyləsin, bir nəfər də tərcümə etsin. Yox əgər tərcüməçi yoxdursa, nəməlum dildə danışan cəmiyyətdə sussun, yalnız özünə və Allaha söyləsin” (1Korinflilərə 14:27-28). Bu həmçinin 1Korinflilərə 14:33-lə də razılıqda olmalıdır, “Çünki müqəddəslərin bütün cəmiyyətlərində olduğu kimi, Allah qarışıqlıq deyil, sülh Allahıdır.”

Allah şübhəsiz ki, insana dillərdə danışmaq ənamını verə bilər ki, onda başqa dildə danışan insanla ünsiyyətə girmək qabiliyyəti olsun. Müqəddəs Ruh ruhani ənamları Özü istədiyi kimi bölüşdürür (1Korinflilərə 12:11). Sadəcə təsəvvür edin ki, əgər Allah misionerlərə birbaşa başqa insanın dilində danışmaq ənamını versəydi, onların dil öyrənmək üçün məktəbə getmələrinə ehtiyac olmazdı və bu çox səmərəli misionerlik fəaliyyəti olardı. Amma Allah bunu etmir. Dillər ənamı bu gün Əhdi-Cədiddə olduğu kimi baş vermir, əksinə bu çox faydalı olardı. Dillərdə danışmaq ənamını almış imanlıların böyük əksəriyyəti bunu Kəlamdakı kimi etmir. Bu faktdan isə bu nəticəyə gəlmək olar ki, artıq dillər ənamı tamamlanıb və ya bu ənam Allahın bu gün cəmiyyət üçün olan planında nadir haldır.

Dillər ənamının öz inkişafı üçün “dua dili” olduğuna inananlar 1Korinflilərə 14:4 və ya 14:28-ə nəzər salmalıdırlar, “Naməlum dildə danışan özünü inkişaf etdirir; peyğəmbərlik edən isə cəmiyyəti inkişaf etdirir.” 14-cü fəsildən Pavel bu ənamın tərcüməsinin vacibliyini vurğulayır, 14:5-12-yə bax. Pavelin 4-cü ayədə demək istədiyi budur, “Əgər sən dillərdə tərcümə olunmadan danışırsansa, sadəcə özünü inkişaf etdirirsən, başqa bir şey etmirsən. Özünün başqalarından daha ruhani olduğunu göstərirsən. Əgər sən dillərdə danışırsansa və tərcümə edən varsa, hər kəsi inkişaf etdirmiş olursan.” Əhdi-Cədiddə heç bir yerdə “dillərdə duanın” məqsədi verilmir və ya “dillərdə dua” edən şəxs xüsusilə təsvir olunmur. Əlavə olaraq, əgər “dillərdə danışmaq” şəxsi inkişaf üçündürsə, onda bu dillərdə danışa bilməyən və buna görə də özünü inkişaf etdirə bilməyənlərə qarşı haqsızlıq deyilmi? 1Korinflilərə 12:29-30 aydın şəkildə göstərir ki, dillər ənamı hamıda yoxdur.



Ana səhifəyə qayıt



Dillərdə danışmaq ənamı nədir? Dillərdə danışmaq ənamı bu gün üçündürmü?