settings icon
share icon
Sual

İsa Məsihi şəxsi Xilaskar kimi qəbul etmək nə deməkdir?

Cavab


İsa Məsihi nə vaxtsa öz şəxsi Xilaskarın kimi qəbul etmisənmi? Cavab verməmişdən öncə icazə ver sualı izah edim. Bu sualı düzgün başa düşmək üçün, sən ilk növbədə “İsa Məsih,” “şəxsi” və “Xilaskar” sözlərini düzgün başa düşməlisən.

İsa Məsih kimdir? Bir çox insanlar İsa Məsihi yaxşı insan, böyük müəllim, hətta Allahın peyğəmbəri hesab edəcəklər. Bu şeylər dəqiq İsaya aid olan həqiqətlərdir, lakin onlar İsanın həqiqətən kim olduğunu müəyyən etmir. Müqəddəs Kitab bizə deyir ki, İsa Allahın bəşər olmuş formasıdır (bax Yəhya 1:1,14). Allah yer üzünə gəlib ki, öyrətsin, şəfa versin, tərbiyələndirsin və günahlarımızı bağışlasın və bizim əvəzimizə ölsün! İsa Məsih Allahdır, Yaradandır, Hökmdardır. Sən bu İsanı qəbul etdinmi?

Xilaskar nə deməkdir və nə üçün bizim Xilaskara ehtiyacımız var? Müqəddəs Kitab bizə deyir ki, biz hamımız günah işlətmiş və pis işlər görmüşük (Romalılara 3:10-18). Günahımızın nəticəsi olaraq, biz Allahın qəzəbinə və hökmünə layiqiq. Sonsuz və əbədi Allaha qarşı edilən günahların əvəzi sonsuz cəzadır (Romalılara 6:23; Vəhy 20:11-15). Buna görə də bizim Xilaskara ehtiyacımız var!

İsa Məsih yer üzünə gəldi və bizim əvəzimizə öldü. Bəşər olmuş Allah olaraq, İsanın ölümü bizim günahlarımızın əvəzini birdəfəlik ödədi (2 Korinflilərə 5:21). İsa öldü ki, günahlarımızın əvəzini ödəsin (Romalılara 5:8). İsa bizim əvəzimizə ödədi ki, biz heç nə ödəməyək. İsanın ölülərdən dirilməsi sübut etdi ki, Onun bizim günahlarımızın əvəzinə ödəməsi kifayətdir. Buna görə İsa təkdir və yeganə Xilaskardır (Yəhya 14:6; Həvarilərin İşləri 4:12)! İsaya öz Xilaskarın kimi etibar edirsənmi?

İsa sənin “şəxsi” Xilaskarındırmı? Çox insanlar Məsihçiliyə cəmiyyətə getmək, mərasimlərə riayət etmək, bəzi günahları etməmək kimi baxırlar. Bu Məsihçilik deyil. Həqiqi Məsihçilik İsa Məsihlə şəxsi ünsiyyətdir. İsa Məsihi şəxsi Xilaskarın kimi qəbul etmək Ona inanmaq və etibar etməkdir. Heç kim başqasının imanı ilə xilas olmayıb. Heç kim müəyyən əməlləri etməklə bağışlanmayıb. Xilas olmaq üçün yeganə yol İsanı şəxsi Xilaskar kimi qəbul etmək, günahlarının əvəzini ödədiyi üçün Onun ölümünə etibar etməkdir. Onun ölümü sənin əbədi həyatının olması üçün zəmanətdir (Yəhya 3:16). İsa Məsih sənin şəxsi Xilaskarındırmı?

Əgər sən İsa Məsihi öz şəxsi Xilaskarın kimi qəbul edirsənsə, aşağıdakı sözləri Allaha de. Yadda saxla ki, bu və ya digər duanı demək səni xilas etməyəcək. Yalnız Məsihə olan imanın səni günahlardan xilas edə bilər. Bu dua sadəcə imanını Məsihə ifadə etmə və sənin üçün xilası təmin etdiyinə görə minnətdarlıqdır. “Allahım, mən bilirəm ki, Sənə qarşı günah işlətmişəm və bunun əvəzi cəzadır. Lakin İsa Məsih mənim layiq olduğum cəzanı götürüb, ona görə də mən Ona imanla bağışlana bilərəm. Mən günahımdan üz döndərirəm və öz xilasım üçün Sənə güvənirəm. İsanı öz şəxsi Xilaskarım kimi qəbul edirəm! Sənin ecazkar lütfünə və əfvinə - əbədi həyat ənamına görə çox minnətdaram! Amin!”

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə, xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.

English



Ana səhifəyə qayıt

İsa Məsihi şəxsi Xilaskar kimi qəbul etmək nə deməkdir?
© Copyright Got Questions Ministries