Günahkar duası nədir?




Sual: Günahkar duası nədir?

Cavab:
Günahkar duası insanın günahkar və Xilaskara ehtiyacı olduğunu dərk etdiyi zaman etdiyi duadır. Günahkar duasını etməklə hər şey bitmir. Günahkar duası o zaman effektivdir ki, insan günahkar olduğunu və xilasa ehtiyacı olduğunu bilir, dərk edir və iman edir. O zaman bu dua təbii ifadə olunur.

Günahkar duasının ilk aspekti günahlı olduğumuzu dərk etməyimizdir. Romalılara 3:10 elan edir, “Necə ki, yazılmışdır: “Bir nəfər də olsa, saleh yoxdur.” Müqəddəs Kitab aydınlaşdırır ki, biz hamımız günahkarlarıq. Biz hamımız Allahdan olan mərhəmətə və bağışlanmaya ehtiyacı olan günahkarlarıq (Titus 3:5-7). Günahlarımızın nəticəsində biz əbədi cəzanı qazanmışıq (Matta 25:46). Günahkar duası cəza əvəzinə Allahdan lütf almaq üçün yalvarışdır. Bu qəzəb əvəzinə mərhəmət xahişidir.

Günahkar duasının ikinci aspekti Allahın bizim itməyimizin və günahlı vəziyyətimizin qarşısını almaq üçün nə etdiyini bilməyimizdir. Allah bədən aldı və bəşər oldu (Yəhya 1:1,14). İsa bizə Allah haqqında həqiqəti öyrətdi. O kamil, saleh və günahsız həyat yaşadı (Yəhya 8:46; 2Korinflilərə 5:21). Sonra İsa layiq olduğumuz cəzanı götürməklə, çarmıxda bizim əvəzimizə öldü (Romalılara 5:8). İsa günah, ölüm və cəhənnəm üzərində qələbəsini sübut etməklə ölülərdən dirildi (Koloslulara 2:15; 1Korinflilərə 55-ci fəsil). Bütün bunlara görə, sadəcə İsa Məsihə iman etməklə bizim günahlarımız bağışlandı və bizə göylərdə əbədi həyat vəd olundu. Bizim edəcəyimiz yeganə şey onun bizim əvəzimizə ölməsinə və dirilməsinə iman etməkdir (Romalılara 10:9-10). Biz yalnız lütflə və İsa Məsihə imanla xilas ola bilərik. Efeslilərə 2:8-9 bəyan edir, “Zira Allahın lütfü ilə imanla xilas oldunuz və bu, sizdən asılı deyil, Allahın ənamıdır.”

Günahkar duasını etmək, İsa Məsihə Xilaskar kimi etibar etdiyini bəyan etməkdir. Xilas olmaq üçün “sehirli” sözlər yoxdur. Yalnız İsanın ölümünə və dirilməsinə iman bizi xilas edə bilər. Əgər sən günahlı olduğunu və İsa Məsih vasitəsilə xilasa ehtiyac duyduğunu dərk edirsənsə, aşağıda Allaha edə biləcəyin günahkar duası var: “Allahım, bilirəm ki, mən günahkaram. Bilirəm ki, günahlarımın cəzasına layiqəm. Baxmayaraq ki, mən İsa Məsihə Xilaskarım kimi iman edirəm. Mən iman edirəm ki, onun ölümü və dirilməsi mənim üçün bağışlanma təmin edib. Mən İsaya, yalnız İsaya Rəbb və şəxsi Xilaskar kimi iman edirəm. Çox sağ ol, ya Rəbb, məni qoruduğun və bağışladığın üçün! Amin!”

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə, xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.



Ana səhifəyə qayıt



Günahkar duası nədir?